Haqqımızda

Haqqımızda

2020-ci ildə təsis edilmiş EvSun şirkəti, Smartek Technologies və SmartAgro Solutions şirkətlər qrupuna daxil olan yeni bölmədir. EvSun şirkəti günəş elektrik stansiyaları, elektrik verilişi üçün yükləmə (şarj) stansiyaları, avtomatlaşdırma və idarəetmə sistemlərinin layihələndirilməsi, tətbiqi və texniki xidmətində ixtisaslaşıb. Bizim komandamızda öz işinin peşəkarları, Energetika, Avtomatika və İnformasiya texnologiyaları sahəsində ixtisaslı mühəndislər çalışır.

 

Bizim avadanlıqların istehsalı və həllərin işlənib hazırlanması sahəsində innovasiyalı şirkətlər və sayılıb-seçilən dünya liderləri ilə sıx tərəfdaşlıq əlaqələrimiz var. Əməkdaşlarımız müntəzəm olaraq təlimlərdən keçir və avadanlıq istehsalçılarının sertifikatlarına malikdirlər. Biz, istənilən mürəkkəbliyə malik layihəni istismara tam hazır şəkildə layihələndirə və həyata keçirə bilərik.

 

Şirkətimiz daim inkişaf edir və ən qabaqcıl texnologiyaları tətbiq etməklə, innovasiyalı layihələrində öz bilik, bacarıq və səriştəsini gerçəkləşdirməyə çalışır. Bundan əlavə, biz Azərbaycan bazarının şəraitinə uyğunlaşdırılmış özəl texnoloji həllərimizi də işləyib hazırlayırıq.

 

EvSun komandası, ən ekoloji cəhətdən səmərəli həllər və məhsullar tətbiq etməklə, ölkəmizin bərpa olunan enerji sənayesinin inkişafına kömək etməyə çalışır və ətraf mühitin qayğısına qalır.

 

Please confirm your Instagram Account

© Copyright 2022, All right reserved by Evsun