Azərbaycana gətirilən elektrik və hibrid avtomobillər ƏDV-dən azad edilir!
Azərbaycana idxal edilən bir sıra elektrik və hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir.
Trend-ə istinadən bildirilir ki, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kub santimetrdən çox olmayan elektrik və hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektromobil şarj stansiyalarının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.