İldən-ilə dünyada elektromobillərin sayı artır. Eyni zamanda, elektrik doldurma (şarj) məntəqələri şəbəkəsinin genişləndirilməsinə də ehtiyac yaranır. Elektromobil nəqliyyatı və şarj infrastruktur sənayesinin inkişafı ekoloji vəziyyətin yaxşılaşdırılmasına imkan verir.
EvSun şirkəti, satılan avadanlıqların etibarlılığı və dayanıqlığını təmin edir. Bizim kataloqumuza evlər, restoranlar, otellər, biznes mərkəzləri, ictimai yerlər və s. üçün zəif və sürətli şarj stansiyaları daxildir. Xüsusi olaraq sizin avtoparkınız üçün biz optimal həll seçə və onun xidmətini təmin edə bilərik. Biz ABB, Schneider Electric, ABL və s. kimi aparıcı istehsalçıların avadanlıqlarını təklif edirik.
Bizim təkliflərimiz bu günün aktual ehtiyaclarına cavab verir və gələcək inkişafınız üçün əlverişli zəmin yaradır.
Büdcə elektromobilləri arasında ən çox yayılmış tip. Konnektorun bu növü avtomobili birfazalı 220v şəbəkədən şart etməyə icazə verir. Şarjın maksimal gücü 7.4 kV təşkil edir.
Avropa konnektoru, şəxsi evlərdə və ya ictimai dayanacaqlarda istifadə üçün daha rahatdır. Üç fazalı şəbəkəyə qoşulmağa və avtomobili 22 kvt gücündə şarj etməyə icazə verir. Belə konnektorlu şarj stansiyasını universal hesab etmək olar; Type 2 - Type 2 konnektorları ilə kabeli Avropa elektromobilərini şarj etmək və Type 2 - Type 1 konnektorlu kabeli dəyişməklə, ABŞ-dan gətirilən avtomobilləri şarj etmək mümkündür (lakin bu halda, enerjinin gücü 7,4 kvt-a qədər azalacaq).
Sabit cərəyandan istifadə edən 2 kontaktlı konnektor. Yapon, Amerika elektromobillərinin əksəriyyəti və bir sıra Avropa elektromobillərinin doldurulması üçün istifadə edilə bilər. Mode 4 rejimində sabit cərəyan ilə işləyən, 30 dəqiqə ərzində (50 kvt gücündə) elektromobilin batareyasını 80% - ə qədər yükləməyə imkan verən güclü yükləmə stansiyalarında istifadə üçün hesablanmışdır. 500 V maksimal gərginlik, 125A cərəyan gücü ilə 62,5 kVt-a qədər güc üçün hesablanıb.
Həm zəif, həm də sürətli şarj vasitələrindən istifadə etməyə imkan verən kombinasiya edilmiş (birləşdirilmiş) konnektor növü. Konnektorun iş prinsipi sabit cərəyanı dəyişən cərəyana çevirən invertor texnologiyasının istifadəsinə əsaslanır. CCS Combo konnektorları Avropa, ABŞ və Yaponiya üçün eyni deyil: Avropa üçün “Mennekes” ilə uyğun gələn Combo 2 konnektoru və ABŞ və Yaponiya üçün isə J1772 ilə əlaqəli olan Combo 1 kimi təklif olunur. CSS Combo ilə yükləmə, 200 A və 100 kVt güc olduqda 200-500V üçün nəzərdə tutulmuşdur. CSS Combo 2 hal-hazırda CHAdeMO ilə birgə, Avropada sürətli şarj stansiyalarında ən geniş yayılmış konnektor növüdür.
Bu standart Çin istehsalı olan avtomobillər üçün səciyyəvidir və onu sadəcə “GBT” adlandırırlar. Vizual olaraq Avropanın Mennekes konnektorunu xatırlatsa da, texniki cəhətdən onunla müqayisə edilə bilməz. Bu standart üçün iki konnektor tipi var: biri zəif, digəri isə sürətli şarj üçün nəzərdə tutulub.
Şarjlar təsnifatına görə 4 yerə ayırılır:
Mode 1. Zəif sürətli şarj və ya digər sözlə desək, normal 220 volt normal elektrik rozetkasından şarj. Bu şarj növü çox zəifdir, şarj 2-3 kVt/saat sürəti ilə elektrik avtomobilini doldurmağa qadirdir; yəni, əgər 20 kvt batareyası olan avtomobiliniz varsa, 80%-ə qədər yüklənmə 10 saat, 100%-ə qədər yüklənmə üçün isə 12 saata qədər vaxt apara bilər (son 20% xüsusilə uzun müddət ərzində şarj edilir; bu, batareyanın qorunması üçün nəzərdə tutulub). Amma bir vacib şərt var — elektrik rozetkasında torpaqlanma qoşulmalıdır; tez-tez bunun əvəzinə “neytral” qoşulur ki, bu da elektromobilin yüklənməməsinə səbəb olur!
Mode 2. Məişətdə və elektrik şarj məntəqələrində istifadə olunan standart dəyişən cərəyanlı yükləmə stansiyası; ənənəvi konnektorları və kabel daxilində müdafiə sisteminə malik olan demək olar ki, istənilən növ elektromobillər üçün yararlı sayılır. Standart elektromobilin doldurulması üçün 8 saat vaxt tələb olunur.
Mode 3. Dəyişən cərəyanla doldurulan, dəyişən cərəyanlı şarj stansiyalarının ən güclü növü sayılır. Bu, şəxsi istifadə üçün şarjların ən yaxşı növüdür. Yükləmə dəstləri Tip 1 birləşdiricisi olan kabellə — bir fazalı şəbəkələr üçün (güc - 7.4 kvt-dək) və ya Tip 2 – üçfazalı şəbəkə üçün (güc- 22 kvt-dək) komplektləşdirilir.
Mode 4. 50-dən 250 kvt-a qədər olan, hər hansı bir avtomobili 15-30 dəqiqə ərzində doldura bilən ən güclü sabit cərəyan şarj stansiyalarıdır. Adətən yükləmə stansiyalarında quraşdırılır.
© Copyright 2022, All right reserved by Evsun