EvSun şirkəti, müasir texnologiyalardan istifadə edərək, yeni perspektivli həll variantını - günəş enerjisindən istifadə edərək, elektrmobillər üçün şarj stansiyasını tətbiq etməyi təklif edir.
Bu həll günəş enerjisi və elektrik şəbəkəsinin kompleks işindən ibarətdir; şarj stansiyası həm avtonom (müstəqil), həm də elektrik şəbəkəsinin rahat tarifindən istifadə etməklə işləyə bilər.
Yükləmə stansiyası avtonom işlədikdə - günəş modulları gün ərzində akkumulyatorı yükləyir; elektrik avadanlıqlarının yüklənməsi isə akkumulyatorlar vasitəsilə aparılır ki, bu da yükləmə zamanı günəş şüalanmasının gücündən asılı olmayaraq, nəqliyyat vasitəsinin yüklənməsinin yüksək sürətini və gücünü təmin edir.
Kompleks həll variantı olduqda, günəş panelləri tərəfindən istehsal edilən izafi enerji, müəyyən edilmiş tarif üzrə ümumi elektrik şəbəkəsinə yönəldilir, elektromobil isə daha sərfəli qiymətə enerji ilə yüklənir.
Avtonom yükləmə stansiyaları həm şəxsi istifadə, həm də kommersiya obyektlərində istifadə olunur.
Komandamız sizə həm standart, həm də fərdi həllər təklif edir.
© Copyright 2022, All right reserved by Evsun