Həllər

Sürətli şarj stansiyaları

 

DC Fast Charging, birbaşa DC enerjisini batareyaya verir, şarj sürətinin əhəmiyyətli dərəcədə artması potensialına malikdir. Şarj müddəti, batareyanın ölçüsündən və digər faktorlardan asılıdır, lakin bir çox nəqliyyat vasitəsi, hazırda mövcud olan DC sürətli şarj cihazlarından istifadə edərək təxminən bir saat ərzində və ya daha az bir müddətdə 80% doldurma qabiliyyətinə malikdir.

DC sürətli şarj növü, uzun məsafə qət etmək və böyük həcmli nəqliyyat vasitələri üçün daha vacib hesab olunur.

Elektrikli avtomobillərin ilkin inkişafında şarj üçün 50kVt gücündə məhdudiyyətlər qoyulsa da , hal- hazırda 270 kVt -a qədər qəbul edə biləcək yeni avtomobillər istehsal olunur. 

Hal -hazırda üç növ DC sürətli şarj tipi var: Kombinə edilmiş Şarj Sistemi (CCS), CHAdeMO ("CHArge de MOve") və Tesla Supercharger. 

 

Bizim şarj stansiyalarının bəzi üstünlükləri aşağıdakılardır:

  • 375 A və 160 kvt-a qədər yüksək güc
  • 500 A və 350 kvt-a qədər doldurma (şarj)
  • Dinamik sabit cərəyan funksiyası: 500 A
  • 150-920V sabit cərəyan çıxış gərginliyinin geniş diapazonu sayəsində, həm müasir, həm də növbəti nəsil elektromobillərin dəstəklənməsi.
  •  

Hər birinin özünəməxsus şarj portu konnektoru var. Ən çox yayılmış növ CCS -dir, baxmayaraq ki, CHAdeMO hələ də bəzi avtomobil istehsalçıları üçün standartdır. Əksər DC şarj stansiyaları həm CCS həm də CHAdeMO konnektroları ilə təchiz olunur. Tesla Superchargers yalnız Tesla avtomobilləri ilə işləyir , lakin Tesla avtomobilləri CCS və ya CHAdeMO adapterləri olan sürətli şarj cihazlarından da istifadə edə bilərlər.

 

Elektrikli nəqliyyat vasitələri şəhər nəqliyyatını daha ekoloji cəhətdən təmiz edəcək. Qısa məsafəli ictimai nəqliyyat üçün avtobuslardan istifadə bu vizyonu həyata keçirməyə kömək etmək üçün yaxşı bir yoldur: sabit marşrutlar və dayanacaqlar lazımi infrastrukturu planlaşdırmağı və təmin etməyi asanlaşdırır. Bundan əlavə, ictimai nəqliyyat daha geniş ictimaiyyətə nümunədir . Avtobuslar öz marşrutu üzrə hərəkəti zamanı, məsələn, avtobus terminalda gözləyərkən onun akkumulyatorunu tez doldurmaqdır. Bunun üçün yüksək doldurma qabiliyyəti tələb olunur. EvSun komandası bu yeni nəsil texnologiya ilə bağlı sizlərə müxtəlif həllər təklif edir.

© Copyright 2022, All right reserved by Evsun