Texnologiyaların inkişafı kiçik ölçülü günəş batareyalarının istehsalına imkan vermişdir. Bu cür qurğulardan biri, günəş enerjisi hesabına işləyən su ötürücü nasoslardır.
Bu nasoslar, xüsusi olaraq günəş modullarından birbaşa qidalanmaq üçün hazırlanmışdır. Adi dəyişən cərəyanla çalışan nasosların mühərriklərinin qidalanması üçün sabit gərginlik və tezlik tələb olunur;
Şəbəkədən qidalanan nasoslar, qısa müddət ərzində böyük həcmdə suyun yerinin dəyişdirilməsi üçün külli miqdarda enerji tələb edir. Günəş enerjisi ilə işləyən nasoslar isə, bir qayda olaraq, uzun müddət ərzində kiçik həcmlərdə su ötürə bilir. Bu isə öz növbəsində daha az enerji tələb edir və günəş sisteminin ölçüsünü və dəyərini minimuma endirir.
Günəş enerjisi ilə çalışan nasoslar bir çox yerlərdə və ən çox ehtiyac olduğu zaman (isti, günəşli günlərdə və s.) tam qüvvə ilə işləyə bilir. Mülayim iqlimi olan bölgələrdə, bu nasoslar il boyu istifadə edilə bilər. Bu isə xüsusi olaraq mal-qaranın otarılması və digər kənd təsərrüfatı əməliyyatları zamanı içməli suyu təmin etmək üçün əhəmiyyətli şəkildə faydalıdır. Əksər ərazilər üçün, günəş enerjisi ilə çalışan nasoslar əlavə xərclər və fiziki yükləri azaltmaq üçün ən yaxşı variant sayılır.
Tətbiq sahələri:
Su təchizatı sisteminin konfiqurasiyası əsas etibarilə su mənbəyinin növü və onun yeri ilə müəyyən edilir. Mənbə qismində yeraltı sular (quyu) və ya yerüstü sular (su anbarı, kanal) istifadə edilər.
Günəş panellərinin gücünü müəyyən edən zaman, bəzi nasos istehsalçıları panellərin gücünü 25% artırmağı tövsiyə edir; bu yüksək temperatur, toz, istifadə müddəti və s. kimi amillərə görə panelin faydalı iş əmsalının aşağı düşməsi və güc itkilərini kompensasiya etmək üçündür.
Günəş nasoslarının müxtəlif növləri və ölçülərinin diapazonu mövcuddur. Nasosun növü ehtiyacların hesablanması ilə müəyyən edilir. Məsələn, 300Wt fotoelektrik modullu sualtı sabit cərəyan (SC) nasosu, dərinliyi 45 metr olan quyudan 5 saat ərzində 4 min litrdən çox su ötürə bilər. Bu, dəyişən 750Wt və 2000Wt fotovoltaik modulu, invertoru və batareyaları olan, 1 saat ərzində eyni həcmdə suyu ötürmək iqtidarında olan nasosa bərabərdir.
Günəş enerjisi ilə çalışan su nasosları, su təchizatı üçün iqtisadi baxımdan səmərəli və etibarlı üsul sayılır.
© Copyright 2022, All right reserved by Evsun