Həllər

Monitorinq və İdarəetmə

 

Elektromobillər üçün şarj stansiyaları şəbəkəsinin inkişafı , elektrik enerjisinin nəqli üçün infrastruktura investisiya qoyuluşu baxımından cəlbedici istiqamətdir. Şəhər bələdiyyələri, yanacaqdoldurma məntəqələrinin şəbəkələri, pullu parkinq və pullu yolların operatorları, dəmir yolu vağzalları, hava limanları, ticarət və biznes mərkəzləri, avtosalonlar, servis mərkəzləri, otellər və s. elektrik yükləmə stansiyaları (EYS) şəbəkəsinin operatorları qismində çıxış edə bilər.

Proqram-təchizat kompleksi əsasında hazırladığımız sistem, ərazi üzrə paylanmış EYS avadanlığını, avadanlıqların onlayn-monitorinqi, administrasiya və analitika üzrə inkişaf etmiş alətlər vasitəsilə səmərəli şəkildə istismar etməyə imkan verir. Bu həllər, dünyanın əksər istehsalçılarının müxtəlif növ şarj stansiyalarını dəstəkləyir.

Sistem həm EYS şəbəkəsinin operatorunun serverində, həm də “bulud” texnologiyalarından istifadə etməklə istifadə edilə bilər. Elektrik enerjisi sayğaclarının monitorinqi və idarə edilməsi üzrə konsol, rol modelinə əsaslanan funksionallığa çıxışı fərqləndirmək imkanı ilə, rahat və intuitiv anlaşılan interfeysi təmin edir. Yükləmə stansiyaları və son istifadəçilər arasında qarşılıqlı əlaqə şarj prosesini izləmək, şarj sessiyalarını ödəmək və statistikanı nəzərdən keçirməyə imkan verən iOS və ya Android mobil proqramı vasitəsilə baş verir.

 

 

 

Elektromobil Şarj Stansiyasının sahibi üçün funksional imkanları:

 

  • İnternet vasitəsilə dünyanın istənilən yerindən sistemə giriş 
  • Şarj Stansiyasının performansı haqqında məlumat
  • Mobil tətbiq vasitəsilə, avtomobilinizin şarj vəziyyəti və batareyaların doldurulma müddəti haqqında məlumat

 

Stansiya rəhbərinin funksional imkanları:

 

  • Elektromobil şarj stansiyasının işinin cari parametrlərinə nəzarət
  • Məlumatların üçüncü sistemlərə ixrac edilməsi.
  • Qrafiklərin hazırlanması ilə dövrlər üzrə elektrik enerji sərfiyyatı barəsində hesabat.
  • Məsafədən monitorinq və nəzarət.
  • Məlumatların arxivləşdirilməsi və bulud sisteminə ötürülməsi

 

Stansiya operatorları üçün funksional imkanlar:

 

  • Şarj Stansiyalarının işinə nəzarət.
  • Şarj Stansiyalarının texniki diaqnostikası.
  • Həyəcan siqnalları, mesajların qəbulu və emalı.
  • Uzaqdan monitorinq və nəzarət.

 

© Copyright 2022, All right reserved by Evsun