Həllər

Müstəqil Günəş Elektrik Stansiyaları

 

Dünyada getdikcə daha çox günəş enerjisindən istifadə praktikası tətbiq edilir. Ölkəmizin iqlim şəraiti nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istifadə, məqsədyönlü sərmayə qoyuluşu və ekologiyanın qorunması deməkdir. Günəş enerjisi avtonom və ya köməkçi bərpa olunan enerji təchizatı kimi xidmət edəcək.

Biz müxtəlif tipli və müxtəlif gücdə günəş elektrik stansiyalarını layihələndirir və tətbiq edirik. Bundan əlavə, biz əsas elektrik şəbəkəsindən qidalanma, günəş elektrik stansiyasından və dizel generatorundan enerji kimi müxtəlif enerji mənbələrini də bir araya gətirə bilərik.

Elektrik enerjisi təchizatı sistemi mühəndislik sisteminin ən vacib komponentlərindən biridir. Hər hansı bir obyektin (istər xüsusi ev, istər kommersiya obyekti, istərsə də kənd təsərrüfatı müəssisəsi) uğurla işləməsi üçün zəruri şərtlərdən biri, mərkəzi şəbəkədən mümkün qəzalar və kəsilmələri hesablamaqla savadlı enerji təchizatını təmin etməkdir.

Müstəqil günəş stansiyaları əsas elektrik enerjisi təchizatı mənbəyi və ya fasiləsiz elektrik təchizatı mənbəyi kimi fəaliyyət göstərir. Onlar ümumi istifadədə olan elektrik şəbəkəsinə qoşulmaq imkanı olmadığı yerlərdə əvəzolunmazdır. Bunlar, elektrik şəbəkəsindən uzaq olan istehsal və kommersiya obyektləri, təsərrüfatlar, evlər və mehmanxanalardır.

Günəş elektrik stansiyasına aşağıdakılar daxildir:

  • Günəş panelləri (modullar)
  • Akkumulyator batareyaları
  • Şarj kontrolleri
  • İnvertor

Ən sadə ev stansiyası, məişət ehtiyaclarını — soyuducu, televizor, su nasosu, işıqlandırma, rabitə, təhlükəsizlik sistemləri və s. enerji tələbatını təmin edə bilər. Əgər böyük elektrik enerjisi ehtiyatı lazımdırsa, əlavə olaraq günəş batareyaları, akkumulyatorlar və digər komplektləşdirici hissələr əlavə etməklə, sistem genişləndirilə bilər.

Günəş panelləri, günəş şüalanmasının təsiri altında yarımkeçirici elementlərin (istənilən günəş modulunun əsası) elektrik cərəyanını istehsal etməsi prinsipi ilə çalışır.

Kontroller, istehlakçıları təmin etmək məqsədilə birbaşa 220 volta çevirmək üçün invertoru elektrik enerjisi ilə təchiz etməklə bərabər, yüksək keyfiyyətli çoxpilləli akkumulyator batareyası (AKB) üçün lazım olan ən böyük gücü nəzərə almaqla, alınan elektrik enerjisini tənzimləyir.

Gecə vaxtı və ya yüksək buludluluq şəraitində, avtonom elektrik stansiyası günəş batareyalarında  yığılan enerjini istifadəyə verir. Bu rejimdə iş müddəti batareyaların həcmindən asılı olur.

Mühəndis komandamız sizin enerji sərfiyyatınıza əsasən ən optimal texniki həll üsulunu işləyib hazırlayacaqdır.

 

 

Dekorativ günəş enerji panelləri

 

 

Dekorativ günəş enerji panelləri , tipik evlərdə quraşdırılmış dam örtüklərinə bənzər formada hazırlanmış nisbətən yeni bir texnologiyadır Bu enerji panelləri Günəş enerjisindən istifadə edərək eviniz üçün elektrik enerjisi istehsal edir və adi dam örtükləri kimi eyni dayanıqlığa və elastikliyə sahibdirlər.

 

 Hər bir dekorativ günəş enerji panelləri markasına görə, 13Wt – 63Wt arasında enerji istehsal edirlər. Dekorativ günəş enerji panelləri yüngüldür və quraşdırılması asandır. Adi dam örtükləri kimi yağışa, qara və küləyə qarşı dayanıqlı hazırlanmışdır.

 

Bütün evinizi enerji ilə təmin etmək üçün lazım olan dekorativ günəş enerji panellərinin sayı, evinizin ölçüsündən və sizin gündəlik istifadə etdiyiniz enerji sərfiyyatından asılıdır. Bu enerji panelləri, mövcud damınıza quraşdırılan zaman bütün dam örtüyünüzü dəyişməyə ehtiyac yoxdur. Əsas etibarilə dekorativ günəş panelləri evinizin daha çox günəş enerjisi aldığı hissəsindən dam örtüyünüzə tətbiq olunacaqdır.

 

 

© Copyright 2022, All right reserved by Evsun