Həllər

Şəbəkə Günəş Elektrik Stansiyaları

 

Şəbəkə günəş elektrik stansiyaları akkumulyatorsuz işləyən stansiyalardır. Onlar günəşdən elektrik enerjisi hasil edir və dərhal şəbəkəyə ötürürlər. Bunun sayəsində, onların maddi dəyəri akkumulyator və dizel generatorlu hibrid elektrik stansiyalarından xeyli aşağıdır ki, bu da yüksək effektivliyə malik (30 ildən artıq istismar müddətinə) və qoyulan sərmayələri qısa müddətdə qaytaran (cəmi 3-5 il ərzində) bir sistem qurmağa imkan verir. Bu isə əsasən, gündəlik istehlak səviyyəsi yüksək olan (istehsal, ticarət mərkəzləri, ofislər və s.) təşkilat və müəssisələr üçün xüsusilə faydalıdır.

Sistemin iş prinsipi kifayət qədər sadədir – əgər günəş panelləri ilə istehsal edilən elektrik enerjisi istehlakçıların qidalanması üçün kifayət etmirsə, çatışmayan güc şəbəkədən əldə edilir, əgər güc izafi (artıq) olarsa, bu halda, istehsalı məhdudlaşdırmaq və ya əlavə istehlakçılara sərf etməklə, ya da bu artığı sənaye şəbəkəsinə ötürmək mümkündür. Bu, dünyada günəş elektrik stansiyalarının ən məşhur formatı sayılır. Şəbəkə Günəş Elektrik Stansiyası günəş modulları, invertor (çevirici) və kontrollerdən (nəzarətçi qurğu) ibarətdir.

Sənaye şəbəkə günəş fotovoltaik stansiyaları

Sənaye və müstəqil günəş elektrik stansiyalarının tikintisi üzrə dünya tendensiyası aydın şəkildə formalaşıb. Bütün sənaye və müstəqil günəş elektrik stansiyalarının 98%-i ölkənin ümumi şəbəkəsinə qoşulub, başqa sözlə, bu günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi məqsədyönlü olaraq toplanır və əlavə gəlir məqsədilə ölkənin ümumi elektrik şəbəkəsinə ötürülür.

Günəş panelləri (fotovoltaik modullar) günəş şüalarının enerjisini sabit cərəyana çevirir. Sonra, invertorun köməyi ilə bu enerji dəyişən cərəyana çevrilir ki, daha sonra bu ümumi (mərkəzləşdirilmiş) elektrik şəbəkəsinə daxil olur.

 

© Copyright 2022, All right reserved by Evsun