Həllər

Simsiz şarj stansiyaları

 

Simsiz şarj stansiyaları - elektrik nəqliyyatının şarj texnologiyasının inkişafında perspektivli istiqamətdir. Hal-hazırda, simsiz şarj stansiyaları, simli həllər ilə demək olar ki, tam rəqabət aparır. Yaxın gələcəkdə isə simsiz şarj həm dayanacaqda, həm də hərəkətdə olan avtomobillərin yüklənməsinin əsas üsulu ola bilər.

Bu texnologiya, ixtisaslaşdırılmış parkinqdə və ya fərdi qarajda quraşdırılan baza stansiyası və elektromobilin altında quraşdırılan qəbuledici kimi iki komplektləşdiricidən ibarət  sistemi nəzərdə tutur. Bəzi avtomobillər, artıq istehsalçının zavodundan bu texnologiya ilə təchiz edilir.

Biz elektrik nəqliyyatının simsiz yüklənməsi üzrə ən müxtəlif həllər təklif edirik: ev və çoxmənzilli binalar kommersiya obyektləri, bələdiyyələr və ictimai parkinqlər, kommersiya elektrik nəqliyyatı. Texniki şərtləri nəzərə almaqla, mühəndislərimiz ən optimal həll və məhsulu sizin tələblərinizə uyğunlaşdıracaq.

 

© Copyright 2022, All right reserved by Evsun